Paris Hilton: "Seks kasetimi yayan ruhi xəstədir"

Bir radio proqramına qatılan dünyaca məşhur ulduz Paris Hilton verilişin sonuna yaxın verilən bir sualdan çox narahatlıq keçirib. Yeni mahnısı “Good time” haqqında danışmaq üçün “Bob and the Showgram" adlı verilişə telefonla bağlanan Hilton məşhur seks kaseti ilə bağlı verilən suala çox əsəbiləşib. Dicey Bob Dumasın bu istiqamətdə olan sualı qarşısında qəzəblənən Hilton kassetin o dövrdə birlikdə olduğu “ruhi xəstə”  adam tərəfindən yayıldığını söyləyib.
 
Hiltondan ən maraqlı açıqlama isə müsahibə bitdikdən sonra gəlib. Əlaqənin kəsildiyini zənn edən Hilton verilişin əməkdaşlarına inanılmaz açıqlama verib. “Bu adam alçaq hərifdir, bir daha bu verilişə əsla çıxmayacağam”- deyən Parisin bu sözləri təsadüfən efirdə yayımlanıb və aparıcı Dumas heç nəyə əhəmiyyət vermədən gülərək keçib. 

© İstifadə edilərkən ictimaipalatka.com saytına istinad olunmalıdır.